“Dinamo-Minsk” Konfrans Liqasının oyununda “Harts”ı qəbul edəcək. Günlərdi stadionda yaşanan isti su problemi artıq həllinin tapıb. “Sumqayıt” oyuna bir gün qalmış məsələni yoluna qoya bilib. Bəs isti su problemi hansı şəkildə həll olunub?
“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin “Football-plus.az”a söylədikləri:
“Qazla bağlı problem artıq həll olunub. İsti su problemimiz yoxdu. Hazırda şey qaydasındadı. Narahatlığa əsas yoxdu. Borc ödənməyib. Sadəcə, bu oyun üçün qazı açıblar. Beynəlxalq tədbir olduğuna görə qaz bu oyunluq verilib. Hələ ki borc tam şəkildə ödənməyib”.
RÖYANƏ OĞUZ