EN

Ombudsman: Azərbaycan Prezidentinin tövsiyələri fəaliyyətimizin əsas prioritet istiqamətlərindəndir

Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə etdiyi çağırışlar və tövsiyələr ombudsmanın fəaliyyətinin əsas prioritet istiqamətlərindəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva oktyabrın 2-də Ombudsmanların Beynəlxalq Bakı Forumunda çıxışı zamanı söyləyib.

O bildirib ki, Azərbaycan ombudsmanı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini həyata keçirərkən bu sahədə səlahiyyətli olan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir.

Müvəkkil vurğulayıb ki, Ombudsmanların Beynəlxalq Bakı Forumu kimi mötəbər tədbirdə Azərbaycan hakimiyyətinin hər üç qolunun yüksək səviyyədə təmsil olunması məhz birgə uğurlu əməkdaşlığın bariz göstəricisidir.

“Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşının təməl hüquqları uzun illər ərzində kobud şəkildə pozulmuş bir ölkənin ombudsmanı olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatçısı, keçmiş məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıtmalarına zəmin yaratmış, bununla da onların insan hüquqlarının təmininə nail olmuş ən böyük hüquq müdafiəçisi - Azərbaycan dövlətinin başçısı İlham Əliyevə Forum iştirakçılarına ünvanladığı müraciətə görə dərin minnətdarlığımı bildirirəm”, - deyə Səbinə Əliyeva qeyd edib.

Chosen
40
11
yeniazerbaycan.com

10Sources