EN

40 yaşlı kişi dərman içdikdən sonra öldü - Rəsmi AÇIQLAMA

Şəmkirdə 40 yaşlı kişi dərman içdikdən sonra ölüb. 

 

Modern.az-ın məlumatına görə, 1984-cü il təvəllüdlü Qoşqar Əliyev sentyabrın 30-u saat 21:00 radələrində xəstəxanaya müraciət edib və ona verilən dərmanın şokundan ölüb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 30.09.2024-сi il tarixində saat 20:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (kişi cinsi)  halsızlıq, yüksək hərarət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub:

 

“Vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri reanimasion tədbirlərin göstərilməsinə baxmayaraq, saat 21:50-də ölüm faktı qeydə alınıb”.

Chosen
28
modern.az

1Sources