EN

"Rusiya ilə ABŞ arasında birbaşa münaqişə dünyanı məhv edəcək" -Karlson

"Rusiya ilə ABŞ arasında birbaşa silahlı münaqişə dünyanın məhvinə gətirib çıxaracaq". Bu barədə məşhur teleaparıcı Taker Karlson Amerikanın “The American Conservative” nəşrinə açıqlamasında deyib.

“Nüvə bombası nüvə reaktoruna dəysə nə olar? Biz bilmirik. Mən doğrudan da qorxuram ki, bu, bütün dünyanı məhv edəcək zəncirvari reaksiyaya səbəb olacaq”, – jurnalist vurğulayıb.

Karlsonun fikrincə, ABŞ-nin Rusiya ilə münaqişənin gərginləşməsi istiqamətində hərəkətinin nəticələri fəlakətli ola bilər.

“Rusiya ilə daha böyük müharibəyə doğru kor-koranə getməyə davam etsək, bir ildən sonra heç kim sağ qalmaya bilər” dedi.

Tural

Chosen
14
news365.az

1Sources