EN

İran ELAN ETDİ: Bu ölkələr də VURULACAQ! / Video

İran Silahlı Qüvvələrinin baş qərargahı İsrail ərazisinə raket hücumundan sonra İsrailin regiondakı müttəfiqlərini İslam Respublikası ilə birbaşa hərbi toqquşmaya girməmək barədə xəbərdarlıq edib.


Xarici media xəbər verir ki, İran Ordusunun komandanlığının yaydığı bəyanatda bildirilir:


“Rejimin müttəfiqlərinin İrana təcavüz və hücumda birbaşa iştirakı halında İslam Respublikasının Silahlı Qüvvələri regional səviyyədə onların mərkəzlərini və maraqlarını güclü hücuma məruz qoyacaq və onlara tövbə etdirəcək”.


Qeyd edək ki, regionda İsrailin strateji müttəfiqi yoxdur, yəhudi dövlətinin əsas müttəfiqləri ABŞ və Avropa dövlətləridir, onlar da öz mövqelərini ortaya qoyublar. Bu bölgədə Təl-Əvivlə az-çox münasibəti olan Azərbaycandır, ancaq Tehranın konkret olaraq hansı dövləti nəzərdə tutduğu qaranlıqdır.


Daha ətraflı videoda:



Chosen
15
referans.az

1Sources