EN

Azərbaycan Ombudsmanı Gürcüstanın Xalq Müdafiəçisi ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumu çərçivəsində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani ilə görüşüb.

Fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edən Müvəkkil Gürcüstanın ombudsman təsisatı ilə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının səmərəli müdafiəsi sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib, həmin əlaqələrin daha da gücləndirilməsi istiqamətində birgə səylərin əhəmiyyətini vurğulayıb.

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani öz növbəsində səmimi görüşə görə təşəkkür edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Chosen
117
azpolitika.info

1Sources