Dövlət başçısının sərəncamı ilə Tofiq Həsənov ədliyyə general-mayoru rütbəsindən və "Vətən uğrunda" medalından məhrum edilib.
Sərəncamda deyildiyi kimi, Həsənov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə edilib.
Tofiq Həsənov 2023-cü ildə külli miqdarda sui-istifadə və rüşvətxorluğa görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib və 10 il müddətinə azadlıqdan məhrum olunub.