EN

10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub - FOTOLAR

Bu gün Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

QHT.az xəbər verir ki, sərgidə UNEC öz nəşriləri ilə təmşil olunub. UNEC Kitabxana İnformasiya Mərkəzinin hazırladığı stenddə universitetin Rəqəmsal nəşriyyatı tərəfindən hazırlanmış nəfis tərtibatlı kitablar, jurnallar, çap məhsulları, eləcə də UNEC müəllimlərinin müəllifləri olduqları kitablar, kitabxana fonduna aid yerli və xarici nəşrlər nümayiş olunub.

UNEC stendi mədəniyyət naziri Adil Kərimli, UNEC rektoru, professor Ədalət Muradov, ADU-nun rektoru akademik Kamal Abdulla, AYB-nin sədri, Xalq yazıçısı Anar, dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, abituriyentlər, tələbələr, xarici qonaqlar tərəfindən ziyarət olunub.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilən sərgidə UNEC Dizayn Məktəbinin tələbəsinin canlandırdığı M.Füzulinin obrazı və dahi şairə həsr olunan xüsusi guşə sərgi iştirakçılarının xüsusi marağına səbəb olub.

Chosen
17
1
qht.az

2Sources