EN

“Rusiya Yaxın Şərqdə fəlakətli ssenarinin qarşısını almaq üçün əlindən gələni edir”- XİN

Rusiya Yaxın Şərqdə fəlakətli ssenarinin qarşısını almaq üçün əlindən gələni edir və Vaşinqtonun bu yolda rolunu son dərəcə mənfi qiymətləndirir.

Azpost.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin Livana müdaxiləsini və Beyruta hava hücumu zamanı Hizbullahın baş katibi Həsən Nəsrullahın öldürülməsini şərh edərkən deyib.

“Bizim üçün siyasi qətllər praktikası qətiyyən qəbuledilməzdir. Məsələnin mənəvi tərəfindən başqa, bu, siyasi və diplomatik problemlərin həlli yollarının axtarışını çətinləşdirir.

Zaxarovanın fikrincə, uzun müddətdir davam edən bu münaqişənin həlli siyasi və diplomatik müstəvidədir və mövcud beynəlxalq hüquqi baza və normalara əsaslanmalıdır.

Azpost.info

Chosen
14
azpost.info

1Sources