Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, hazırda həm İsrail, həm də İrana qarşı çox ciddi təzyiqlər mövcutdur:
“Beynəlxalq birlik bu iki ölkəyə sadəcə təyziq göstərir ki, müharibəni dayandırsın. Amma problemin köklü həlli üçün heç bir vasitəçilik etmirlər. İran-İsrail qarşıdurması bütün dünya üçün yaxşı heçnə vəd etmir. Üçüncü dünya müharibəsinin reallaşma riskini artırır.
Azərbaycan İranla qonşu ölkə olduğuna görə, bu müharibənin olması bizə də sərf etmir. Amma hər bir halda bu müharibənin olma ehtimalları indiki vəziyyətdə mümkün deyil.
Doğrudur ki, iki ölkə bir-birlərinə qarşı əməliyyatlar həyata keçirsələr də, İran da, İsrail də yaxşı bilirlər ki, geniş çaplı İran-İsrail müharibəsi bütün dünya üçün yeni iqtisadi-siyasi risklər yarada bilər. Bu da indiki məqamda nə İsrailin, nə İranın maraqlarına uyğun deyil.
Azərbaycan hər iki ölkə arasında müharibənin olmasını arzulamır. Ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Təbii ki, dünyada baş verən bütün müharibələrin səbəb olduğu kataklizmlərdən Azərbaycan sığortalanıb. Bu baxımdan da ən pis ssenari gerçəkləşsə belə, Azərbaycan üçün narahat olmağa ehtiyac yoxdur”.
Mehriban Mirzəzadə
Demokrat.az
10Sources
-
bizim.mediaİranla İsrail arasında müharibə olacaqmı? - VİDEO ( 11741554)
-
bizim.mediaSaleh Kamrani: “İsrail İranı hədəf alsa, heç kim Tehrana kömək etməyəcək” – ÖZƏL ( 11686912)
-
yenicag.azYaxın Şərqdə yeni müharibə EHTİMALI: “Buna bəhanə verən İrandır” ( 11677699)
-
olaylar.azİranla İsrail arasında müharibə faktiki olaraq illərdir gedir - ÖZƏL ( 11654515)
-
azxeber.comİsrail-İran münasibətlərinin nəticəsi necə yekunlaşa bilər? - Ekspertlərdən maraqlı şərhlər ( 11646727)
-
modern.az“Biz müharibə istəmirik!” - İran prezidenti ( 11628931)
-
azia.azUzaqmənzilli raketlər İrana tuşlandı - "Müharibə qaçılmazdır" ( 11627113)
-
gundem.azİran-İsrail münaqişəsinin Azərbaycan üçün hansı təsirləri ola bilər? - AÇIQLAMA ( 11621671)
-
demokrat.azPolitoloq: “İranla İsrail arasındakı gərginlik III dünya müharibəsini yaxınlaşdırır” ( 11618875)
-
cebheinfo.azİsrail İrana cavab zərbəsi endirəcək? ( 11615086)