Ağstafa Mərkəzi Rayon Xəstəxanasın yeni baş həkim təyin olunub.
"Unikal"ın məlumatına görə, bu vəzifə xəstəxananın Cərrahiyyə Şöbəsinin Əməliyyatxana bölməsinin müdiri Teyyub Carçıyevə tapşırılıb. O həm də TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmrinə əsasən Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini daşıyır.