Rostov-Dondan Türkiyə limanına gedən yük gəmisi Rostov vilayətinin Azov rayonunda Don çayında saya oturub.
Bu barədə "İnterfaks"a Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat verib.
"Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən “Florica” gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var", - agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, gəmi Rostov-Dondan Samsun (Türkiyə) limanına gedirmiş. Heç kim xəsarət almayıb, naviqasiya pozulmayıb. Onu sayadan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.
Qeyd edək ki, Vanuatu Melaneziyada bir dövlətdir. Sakit Okeanın cənub-qərbində yerləşir.