Türkiyədə "Fənərbağça" və "Beşiktaş" arasında keçirilən qadınlar arası FIBA Super Kubok matçı yarımçıq dayandırılıb. Manset.az Report-a istinadən xəbər verir ki, oyunun startından sonra azarkeşlər arenaya yanıcı maddələr atmağa başlayıb. Bunu görən qarşılaşmanın baş hakimi görüşü yarımçıq saxlayıb və tərəfdarlar tribunadan təxliyə edilib. Sözügedən matç sabah yenidən təkrar keçiriləcək.