Tailandda məktəb avtobusunun yanması nəticəsində 25 nəfər ölüb.
Avtosfer.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə paytaxt Banqkok yaxınlığında baş verib.
Məlumata görə, ekskursiyaya gedən şagird və müəllimin - ümumillikdə 44 nəfərin olduğu məktəb avtobusu hərəkətdə olan zaman maneəyə çırpılıb. Zərbənin təsirindən təkər partlayıb və bu da yanacaq çəninin alovlanmasına səbəb olub.
Ölkənin nəqliyyat naziri Surya Cuanqrunqruanqkit bildirib ki, 16 şagird və 3 müəllim yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Namiq Musayev