EN

Bayden G7 liderləri ilə təmasa keçdi, İrana qarşı yeni həmlə hazırlanır - Pezeşkian isə Qərbə səsləndi: "Qan tökmək istımirik"

ABŞ İsrailə raket hücumu həyata keçirən İrana qarşı daha sərt sanksiya paketi hazırlayır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.

Bəyanatda deyilir ki, ABŞ prezidenti Co Bayden İsrailə raket hücumu həyata keçirən İrana qarşı yeni sanksiyaların tətbiqi və digər addımlarla bağlı bu gün G7 liderləri ilə müzakirə aparıb: "Müzakirələrdə İranın İsrailə qarşı qəbuledilməz hücumuna cavab tədbirləri, o cümlədən yeni sanksiyaların əlaqələndirilməsi əsas mövzu olub. Tezliklə bunun nəticələri olacaq...".

ABŞ prezidenti Bayden qasırğasının böyük zərər vurduğu Cənubi Karolina və Şimali Karolina ştatlarına səfərdən əvvəl jurnalstlərə açıqlamasında deyib ki, İranın İsrailə hücumunu qəbul edə bilməz: "Biz İsrailin İranın nüvə obyektlərinə iddia olunan mümkün hücumunu da əsla dəstəkləmirk. Belə bir həmlə də yolverilməzdir. İsrail Tehranın addımına ölçülü cavab verməldir".

Bayden İsraillə daimi təmas içində olduqlarını sözlərinə əlavə edib: "İrana necə cavab veriləcəyini müzakirə etdik. Bu gün bu məsələ  G7 liderləri ilə ortaq telekonfransda müzakirə edildi. İran xəttdən xeyli kənara çıxıb. Gərəkli addımlar atılacaq".

İran prezidenti Məsud Pezeşkian isə ABŞ-ın yeni həmlə niyyəti ilə bağlı bir daha Qərbə səslənib. Qətərdə səfərdə olan İran prezidenti bölgədə qan tökülməsinə qarşı olduqlarını bildirib:

"Biz qan tökülməsinə qətiyyən qarşıyıq. Bunu həmişə demişik: sülh istəyirik, əmin-amanlıq istəyirik. Biz heç bir ölkədə qan tökülməsini istəmirik. Ancaq İsrail qüvvələri bunu istəmir. Onlar İranın qonağını (HMAS lideri Haniyəni nəzərdə tutur - Mia.az) Tehranda sui-qəsdlə öldürdü, özü mənim andişmə mərasimimdə. heç bir ölkə bunu qəbul etməz. Lakin bizə vəd verildi ki, cavab verməyək, İsrail dayandırılacaq, Qəzzada atəşkəs lacaq. Lakin olmadı. israil günü gündən daha da azğınlaşdı. İsrail bizi, bölgəni gərginliyə sürüklədi. Biz buna sakit yanaşmağa çalışdıqca, onların qətlləri, qırğınları, zülmləri artdı. Dünya tarixinə nəzər salsaq, heç vaxt belə gərginlik olmayıb. Bu məqamda İran Respublikası olaraq bir daha demək istəyirəm ki, biz sülhün, barışın  tərəfdarıyıq. Biz bu gərginliyin artmasını istəmirik. Biz bu gərginliyin bölgəyə yayılmasını istəmirik. Mən Qərbə səslənirəm: İsraili geri çəkin! İsraili siz bu bölgənin göbəyinə yerləşdirdiniz. O səbəbdən sizin də burada axan qanlarda rolunuz var...".

Tahir Şəlvəli

MİA.AZ

Chosen
78
50
mia.az

10Sources