Livanın Səhiyyə Nazirliyi çərşənbə günü İsrail hərbi hava qüvvələrinin ölkənin şərqindəki Beyrut və Bəəlbək şəhərinə, eləcə də cənubundakı Nəbatiyyə, Səidə və Tir əyalətlərinə endirdiyi hava zərbələri nəticəsində ölənlər barədə məlumat dərc edib.
APA xəbər verir ki, nazirliyin “X” hesabında dərc edilən xülasədə ölənlərin sayı 46, yaralılar isə 85 nəfər olduğu bildirilir.