EN

İlham Rəhimov: “Qod Nisanovun Azərbaycanda hər hansı bir layihəsi olsaydı, məlumatım olardı”

Son günlər sosial şəbəkələrdə Qusar rayonunun ərazisində yerləşən Samur sərhəd gömrük keçid məntəqəsinin ətrafındakı obyektlərin sahibkarların əlindən alınması barədə məlumatlar yayılır. Həmin məlumatlarda qeyd edilir ki, guya həmin fəaliyyətlər Rusiyada iş idamı, əslən Qubadan olan Qod Nisanova məxsus şirkət tərəfindən həyata keçirilir.

FED.az biznes və maliyyə xəbərləri portalı ilkxeber.org-a istinadən xəbər verir ki, Qod Nisanovun biznes partnyoru İlham Rəhimov bununla bağlı məlumatlara münasibətini bildirib.

İ.Rəhimov bildirib ki, bu barədə yayılan məlumatlarla tanışdır, o bu həqiqətə uyğun deyil: «Səslənən fikirlər o qədər qeyri-ciddidir ki, buna reaksiya verməyə də adam çətinlik çəkir. Əvvəla, Qod Nisanovun Azərbaycanda hər hansı bir işi, layihəsi olsaydı, mənim məlumatım olardı. Digər tərəfdən, Qod Nisanovla bizim birgə şirkətimiz Rusiyanın ən böyük Daşınmaz Əmlak Şirkətlərinin reytinqində neçə illərdir ki, birinci yerdə qərarlaşıb. Sizcə, böyük bir şirkətin qeyd edilən kiçik tikinti işləri aparması və ya belə bir layihələrə kommersiya marağı olması real ola bilər? Təbii ki, cəfəngiyyat söhbətdir”.

Chosen
30
7
fed.az

8Sources