Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də müntəzəm mövsümün qalibi olub.
İdman.biz xəbər verir ki, bununla da argentinalı ulduz karyerasında 46-cı titula sahib çıxıb.
Mayami təmsilçisi “Kolambus Kryu”ya 3:2 hesabı ilə qalib gəlib. Bununla da Messi və komandası müntəzəm çempionatın qalibinə verilən “Supporters' Shield” mükafatını təmin edib. Mövsümün sonuna iki tur qalmış “İnter Mayami” ən yaxın izləyicisini 11 xal qabaqlayır.
Qeyd edək ki, 37 yaşlı hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. O, bunadək “Barselona” və PSJ-də forma geyinib.
İdman.biz