EN

Hərbi xidmətdən yayınaraq ölkədən qaçan ukraynalıların sayı açıqlandı

Hazırda qızğın döyüşlərin getdiyi Ukraynada 2022-ci ilin fevralından 2023-cü ilin avqustuna qədər 20 min kişinin hərbi xidmətdən yayınmaq üçün ölkədən qaçıb.

“Unikal” xəbər verir ki, ölkəni tərk edən ukraynalı kişilər qeyri-qanuni yollarla qonşu ölkələrə keçiblər.

Bildirib ki, həmin müddət ərzində qaçmağa çalışan 21 min 113 kişi tutulub.

Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra 18-60 yaş arası ukraynalı kişilərin ölkədən çıxışına qadağa qoymasına baxmayaraq Ukraynanın Moldova ilə 1200 kilometrlik sərhədi Ukraynadan qaçmağa çalışan kişilərin ən çox istifadə etdiyi marşrutlar olub. Həmçinin, 11 min ukraynalı Moldovaya qanunsuz keçib.

 

Chosen
341
35
Sources
Comment ()
Close