EN

Sentyabrda  ərzaq məhsullarının qiymətləri 2% artıb

2024-cü ilin sentyabr ayında Turan agentliyi tərəfindən tərtib edilmiş, Bakı üzrə yerli istehsal olunan 30 əsas ərzaq məhsulunu əhatə edən istehlak səbətinin (İS) orta qiyməti 2% artıb.

Avqust ayında İS-in orta qiyməti 0,6%, iyul ayında 2%, iyun ayında 2% azalıb, may ayında 0,2% artıb, aprel ayında 2% azalıb, mart ayında 5% artıb, fevral ayında 3% azalıb və 2024-cü ilin yanvar ayında 1% artım qeydə alınıb. 2023-cü ilin dekabr ayında İS-in qiyməti 1% artıb, noyabr ayında 2% azalıb, oktyabr ayında 0,5% azalıb, sentyabrda 3% artıb, avqustda 0,8%, iyulda 3%, iyunda 7% artıb, mayda 7% azalıb, apreldə 0,7% artıb, fevralda 1% azalıb, yanvarda isə 2,6% artım qeydə alınıb. 2022-ci ilin dekabr ayında qiymət 1% artıb.

Aşağıdakı məhsulların qiyməti artıb: vermişel və makaron (+40%), qarabaşaq (+40%), süd (+37%), xiyar (+33%), soğan (+22%), ağ kələm (+20%), qarğıdalı yağı (+15%), şəkər tozu (+8%), mal əti (+6%), kərə yağı (+5%) və toyuq əti (+2%).

Aşağıdakı məhsulların qiyməti isə azalıb: pomidor (-44%), alma (-20%) və yumurta (-15%).

Digər ərzaq məhsullarının qiyməti ay ərzində sabit qalıb.

Aşağıda son beş il ərzində qiymət dəyişikliklərini əks etdirən cədvəl təqdim olunur:

İl

Ay

Qiymət dəyişikliyi

2023

Sentyabr

+3%

2022

Sentyabr

+5%

2021

Sentyabr

+1,9%

2020

Sentyabr

-0,1%

2019

Sentyabr

+0,5%

 

Məhsulun adı

01.09.24 tarixə olan qiymətlər

01.10.24 tarixə olan qiymətlər

Dəyişiklik

AZN

%

Mal əti

14.50

15.50

+ 1.0

6

Qoyun əti

20.00

20.00

0

0

Toyuq əti

5.89

6.05

+ 0.16

2

Toyuq iç-çalatı

3.49

3.49

0

0

Ağ balıq

50.0

50.0

0

0

Kərə yağı

18.50

19.50

+ 1.0

5

Qarğıdalı yağı (1l)

4.49

5.19

+ 0.70

15

Marqarin yağı

5.90

5.90

0

0

Yumurta (10 əd.)

1.30

1.10

- 0.20

15

Şəkər tozu

1.65

1.59

0.06

3

Şəkər

2.25

2.45

+ 0.20

8

Duz

0.59

0.59

0

0

Un (1-ci növ)

0.58

0.58

0

0

Vermeşil

1.09

1.53

+ 0.44

40

Qarabaşaq

1.20

1.50

+ 0.30

20

Makaron

1.09

1.53

+ 0.44

40

Düyü (uzun)

4.10

4.10

0

0

Süd (1l)

1.89

2.59

+ 0.70

37

Xama (100q)

0.71

0.71

0

0

Qatıq (250q)

3.49

3.49

0

0

Pendir

8.49

8.49

0

0

Peçenye yerli

3.20

3.20

0

0

Kartof

0.89

0.85

- 0.04

4

Soğan

0.45

0.55

+ 0.10

22

Xiyar

0.59

0.79

+ 0.20

33

Pomidor

2.89

1.59

- 1.30

44

Kələm

0.45

0.65

+ 0.20

30

Alma

1.19

0.95

- 0.24

20

Göyərti (bir dəstə)

0.17

0.17

0

0

 

159.90

164.63

+ 4.73

2

Chosen
11
turan.az

1Sources