EN

Keçmiş “Sepah” komandanı: “İranın İsraili şumlamaq imkanı var”

“Livan və Colan Təpələrinə hərbi qüvvə göndərmə İranın müzakirə masasındadır”.

Yenisabah.az Didbane Iran-a istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") keçmiş komandanı Möhsün Rəfiqdust deyib.

"Hazırda İran müdafiə baxımından ən yaxşı vəziyyətdədir və son raket hücumu ölkənin gücünü əyani göstərdi. İşğal olunmuş ərazilərin sahəsi cəmi 20 min kvadratkilometrdir və İranın İsraili şumlamaq imkanı var, lakin biz seçimli hərəkət edirik. Bütün variantlar, hətta İrandan İsraillə döyüşmək üçün hərbi qüvvələrin göndərilməsi də silahlı qüvvələrin mzakirə masası üzərindədir". vakansiyalar

Rəfiqdust İsrailin son günlərdə Livanın cənubuna müdaxiləsi ilə bağlı bildirib: "Livana və Colan Təpələrinə hərbi qüvvələr göndərmək imkanımız var".

Keçmiş "Sepah" komandirinin rəyincə, Livanda peycer partlayışlarına səbəb masına düşmənin (İsrail - red.) "Hizbullah"a sızmasıdır:

"Ehtiyatlarımız və bütün güclərimizlə onilliklər boyu müharibə edə bilərik. Düşmən bilməlidir ki, İranı məğlub etmək olmaz".


Telegram kanalımız
Chosen
83
20
yenisabah.az

10Sources