“AFB Bank”la bağlı növbəti dəfə məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, sözügedən bankla bağlı iddianı “ZZ Construction” MMC qaldırıb. Bakla yanşı prosesdə cavabdeh qismində bakı şəhər 28 saylı Dövlət Notariat Kontoru da iştirak edir.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Bank şirkətlə bağladığı kredit müqaviləsinin şərtlərini pozub.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 30 oktyabr tarixində hakim Vüsalə Baxışovanın sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, məhkəməyə verilən “AFB Bank” 2009-cu ildən etibarən fəaliyyətə başlayıb. Bankın Müşahidə Şurasının sədri Elnur Qurbanovdur. Bankın İdarə heyərinin sədri isə Orxan Xubanlıdır. Riskləri İdarəetmə komitəsinin sədri isə Famil Kərimovdur. F.Kərimov həm də “Gilan Holding”ə bağlı “Aqro-Azərinvest” MMC-nin baş icraçı direktorudur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar