Bakı, 3 oktyabr, AZƏRTAC
Konqo Demokratik Respublikası kolonializm uğrunda mübarizədə həlak olmuş Patris Lubumbanın vətəndir. Neokolonializmlə mübarizə bütün bəşəriyyətin vəzifəsi olmalıdır. Suverenliyin çox böyük üstünlükləri var. Ölkənin suveren olması hökumətin müstəqil qərar qəbul etməsinə imkan verir. Bu zaman dövlət milli maraqlar çərçivəsində qərar qəbul edə bilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Konqo Kinşasa Dünyəvilik Evinin rəhbəri Dani Bos Sinqoma Kabaqambe Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, digər tərəfdən müstəqillik hökumətin milli səviyyədə məsuliyyətini artırır. Çünki qərarlar ümumi maraqlar xatirinə qəbul olunur.