EN

Küçədə “Batman” kimi gəzən şəxs hər kəsi təəccübləndirir-FOTO

Türkiyənin Tekirdağ bölgəsində yaşayan Ersin Çiçək küçədə film personajı kimi gəzir.

Musavat.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 29 yaşlı Ersin Çiçək “Batman” filmlərinə baxdıqdan sonra obraza heyran olmağa başlayıb. Bir il əvvəl “Batman” kostyumu sifariş edən Çiçəyin motosikleti də filmlərdəki kimi dəyişdirilib.

Modifikasiya olunmuş motosikletinə minərək və “Batman” kostyumu geyinərək işdən sonra dostları ilə görüşə qatılan Çiçək çəkdirdiyi videoları sosial media hesabında paylaşır.

E.Çiçək müsahibəsində filmlərdən çox təsirləndiyini və özünü “Batman” kimi hiss etdiyini deyib. Onun üslubunu Tekirdağda yaşayanların çox bəyəndiyini və ona “Batman 59” ləqəbini verdiyini izah edən Çiçək maskasını çıxarmamaqla sirli atmosferini qoruduğunu bildirib.

Çiçək Batman geyimində gəzməyin ona həzz verdiyini deyir:

“Belə səyahət etməyə başlayandan sonra insanların reaksiyası çox gözəl oldu. İnsanlar əvvəlcə təəccüblənirlər, sonra öyrəşirlər. Dostlarım sosial şəbəkədə paylaşmağımı istədi. İlk baxılan video 1 milyon dəfə baxıldı, mən də çəkməyə davam etdim”.

Uşaqların üzündəki təbəssümü görəndə xüsusilə sevindiyini bildirən Çiçək bundan sonra da belə gəzəcəyini bildirib: “Yoldan keçəndə demək olar ki, bütün maşınlar siqnal verir. Bəziləri “Batman” deyə qışqırır. Bir çoxu filmlə bağlı nəsə deyirlər. Ən çox uşaqlar reaksiya verir, mənə doğru qaçıb, qucaqlayırlar. O anlarda kövrəlirəm”.

Daha orijinal məzmunlar hazırlayacağını və peşəkar videolar çəkəcəyini bildirən Çiçəyin bir arzusu var. “Yenidən çəkilsə, “Batman” filmində rol almaq istərdim”.

 

Nigar,
Musavat.com

Chosen
101
musavat.com

1Sources