Bakı, 3 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan Ali Audit Orqanlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun toplantısına ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Polşa Ali Audit Orqanının rəhbəri Marian Banas deyib.
O, qeyd edib ki, Audit Palatasının rolu çox önəmlidir.
“Belə ki, Polşada Ali Audit Orqanının yoxlama və auditi nəticəsində tikilmiş bəndin möhkəm olduğu müəyyən edilib. Ötən ay daşqınlar baş verən zaman iri şəhələrdən birini su basmasının qarşısını bu bənd alıb. Mən fürsətdən istifadə edərək Azərbaycanın Hesablama Palatasının sədrinə bu toplantıya ev sahibliyi etdiyi üçün təşəkkür etmək istəyirəm. Bizim gördüyümüz işlər isə həm vətəndaşlarımız üçün, həm də ətraf mühitin qorunması baxımından çox önəmlidir. Bugünkü toplantı zamanı biz təmsil etdiyimiz dövlətlərimizlə birlikdə təcrübə mübadiləsi aparacağıq ”, - deyə Polşa Ali Audit Orqanının rəhbəri vurğulayıb.