EN

Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib

Bakı. Trend:

Oktyabrın 3-də Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilinpayız sessiyasında ilk iclası keçirilib.

Trendxəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, iclası açan komitənin sədri Əhliman Əmiraslanovdeputatları cari il sentyabrın 1-də, Azərbaycanın bütün suverenərazisində şəffaf və demokratik şəraitdə baş tutmuş növbədənkənarparlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib vəonlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Diqqətə çatdırılıb ki, bugünkü iclasın gündəliyinə 3 məsələdaxil edilib.

Əvvəlcə, komitə sədri gündəliyin birinci məsələsi - Səhiyyəkomitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planınınlayihəsini təqdim edib. Bildirilib ki, iş planına qanunvericiliktəşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcudqanunlara ediləcək dəyişikliklərin müzakirəsi daxil edilib. Komitəsədri qeyd edib ki, sənədin hazırlanması zamanı AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin VII çağırış MilliMəclisin ilk iclasında səsləndirdiyi proqram xarakterli fikirlərivə tövsiyələri əsas götürülüb.

Sonra Əhliman Əmiraslanov gündəlikdəki qanun layihələrini təqdimedib.

Gündəliyin ikinci məsələsi -“Əhalinin sağlamlığının qorunmasıhaqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasınınqanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasınınqanununun layihəsi (birinci oxunuş) barədə danışan komitə sədrideyib ki, təklif olunan əlavə və dəyişikliklər əhalinin dərmanvasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması,əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanlarınmaraqlarının qorunmasına hüquqi zəmin yaradacaq.

İclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsininmüdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. Obildirib ki, layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərintəkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinindərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının vədərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədiləbir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub.Qeyd olunub ki, qanun layihəsinin qəbulu icbari tibbi sığortanınəsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbixidmətlərin göstərilməsini təmin edəcəkdir.

Sonra komitə sədri Əhliman Əmiraslanov gündəliyin sonuncuməsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində,“Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” AzərbaycanRespublikasının qanunlarında dəyişiklik edilməsi barədə AzərbaycanRespublikasının qanununun layihəsi barədə məlumat verib, təklifolunan dəyişikliklərin mahiyyəti barədə danışıb.

Məsələlərin müzakirəsində Səhiyyə komitəsi sədrinin müaviniRəşad Mahmudov, komitənin üzvləri İlham Məmmədov, Soltan Məmmədov,Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, Pərvanə Vəliyeva çıxışedərək, komitənin payız sessiyası üçün iş planı barədə danışıblar,təqdim olunmuş qanun layihələrinin əhəmiyyətini qeyd ediblər, özfikir və təkliflərini səsləndiriblər.

İclasın sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün işplanı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihələri MilliMəclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Günay Əfəndiyeva, Anatoliy Rafailov vədigər rəsmi şəxslər də iştirak ediblər.

Milli
Milli
Milli
Milli
Chosen
8
2
az.trend.az

3Sources