Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) bu il qəbul olan tələbələrin 59,06 faizi dövlət sifarişi əsasında təhsil alır. Ödənişli əsaslarla qəbul olanların 6,3 faizi təhsil haqqına güzəşt hüququndan istifadə edib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, ümumilikdə Pedaqoji Universitetə cari ildə qəbul olan tələbələrin 65,4 faizi dövlət hesabına təhsil alır.