EN

Böyük Britaniya COP29-da konsensus əldə edilməsinə dəstək verməyə hazırdır - Səfir

Bakı. Trend:

Böyük Britaniya Bakıda Paris Sazişinin 6-cı maddəsi ilə bağlıməsələlər üzrə konsensus əldə etmək üçün bütün maraqlı tərəflərləkonstruktiv əməkdaşlıq etməyə hazırdır.

Trend xəbər verir ki, bubarədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ADAUniversitetində “Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə FəaliyyətHəftəsi” çərçivəsində keçirilən "Karbon emissiyalarının azaldılmasıvə bazar mexanizmləri" mövzusunda dəyirmi masada bildirib.

"Qlazqo şəhərində COP26-nın sədri olaraq Böyük Britaniya 6-cımaddə üzrə beynəlxalq karbon bazarları üçün qaydalarınhazırlanmasında əsas rol oynadı və uzun illər davam edən fikirayrılıqlarını aradan qaldırdı. Bu, sədrlik dövrümüzün ən böyüknailiyyətlərindən biridir, bütün müzakirə iştirakçılarının gərginişinin nəticəsidir.

COP29-da 6-cı maddə ilə bağlı həll olunmamış məsələlərqalmaqdadır və mən Azərbaycana bu məsələnin əhəmiyyətini vaxtındabaşa düşdüyü və irəliləyişə yardım etməyə hazır olduğu üçüntəşəkkür etmək istəyirəm. Öz növbəsində, Böyük Britaniya ekoloji vəsosial ədalətə əsaslanan bir həll yolu üçün çalışmağa davam edəcək,bu da bazar iştirakçıları üçün lazım olan aydınlığı təmin edəcək.Biz Bakıda konsensus əldə etmək üçün bütün tərəflərlə konstruktivşəkildə işləməyə hazırıq", - səfir bildirib.

O, Böyük Britaniyanın qlobal karbon bazarlarının formalaşmasınayönəldilmiş tədbirlər gördüyünü və inkişaf etməkdə olan ölkələrinbu bazarlara çıxışını təmin etdiyini vurğulayıb.

Səfirin sözlərinə görə, karbon qiymətinin müəyyən edilməsi iqlimdəyişmələri ilə mübarizənin əsas tərkib hissəsidir. Bu,emissiyaların azaldılması və özəl sektorun mobilizasiyası üçüniqtisadi cəhətdən effektiv bir yol təqdim edir.

Chosen
58
1
az.trend.az

2Sources