Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsində II tur matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri İsveç “Malmö”sü ilə üz-üzə gəliblər. Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Birinci turda “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Ağdam klubu bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Çempionumuz erkən qol vursa da, qonaqlar iki dəfə fərqləniblər.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 24-də keçirəcək. 11 qat ölkə çempionumuz III turda Niderland təmsilçisi “Ayaks”ı qəbul edəcək.
Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45. “Qarabağ” – “Malmö” - 1:2
Qollar: Olavio Juninyo, 15 - Erik Botheim, 19; 47
Baş hakim: Anastasios Papapetrou (Yunanıstan)