EN

Bakıda 4 avtomobil toqquşub, sürücü xəsarət alıb

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Hənifə Ələsgərov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.

Yolu keçən sürücü işıqforun tələbini pozaraq nəqliyyat vasitəsini kəsişmədən keçən “Ford”, “Toyota”vvə “Kia” markalı avtomobillərə çırpıb.

Hadisə nəticəsində avtomobillər yararsız vəziyyətə düşüb. Qəzaya səbəb olan sürücü xəsarət alıb.

Yolda qəza səbəbindən tıxac yaranıb. Əraziyə cəlb olunan yol polisinin əməkdaşları avtomobillərin yoldan götürülməsini təmin ediblər.

Bundan sonra avtomobillərin normal hərəkəti bərpa edilib. Hadisənin səbəbləri araşdırılır.

Chosen
118
4
apa.az

5Sources