EN

Meyvələr mağazada niyə daha dadlı görünür? - Marketoloqların hiyləsi

Almaniyanın Gissen Universitetinin alimləri müəyyən ediblər ki, rəngə uyğun qablar və yeşiklərdə qablaşdırılan meyvələr mağazalarda alıcılara evdə olduğundan daha parlaq və daha iştahaaçan görünür.

Milli.Az lent.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "i-Perception" nəşrində dərc edilib.

Tədqiqatçılar müəyyən ediblər ki, marketoloqlar müştərilərin şüurunu manipulyasiya etmək üçün konfet illüziyası deyilən xüsusi sxemdən istifadə edirlər. Bu vizual aldatma meyvə və tərəvəzlərin rəng qavrayışına təsir edərək, onları istehlakçılar üçün daha cəlbedici edir.

Texnologiya məhsullar üçün qablaşdırmanın düzgün seçilməsindədir. Məsələn, portağal tez-tez qırmızı və narıncı qablaşmalarda, limon sarıya, qabaq isə yaşıl rəngli qablarda yerləşdirilir.

Alimlərin fikrincə, insanın görmə sistemi yaxınlıqdakı çalarları sadələşdirməyə və qarışdırmağa meyllidir, bu da daha parlaq və daha vahid rəng illüziyasını yaradır. Bu, yalnız aldadıcı şəkildə məhsulların görünüşünü yaxşılaşdırmır, həm də impuls alışına səbəb ola bilir.

Alimlərin fikrincə, konfet illüziyası hətta mütəxəssisləri də çaşdıra bilər. Tədqiqatın müəlliflərindən biri Karl R. Gegenfurtner özü belə bir hiylənin qurbanı olub. Mağazadan yetişmiş kimi görünən portağal aldıqdan sonra evdə onlara baxanda məyus olub. Alim aşkar edib ki, meyvələr orijinal parlaqlıqdan uzaq yaşılımtıl rəngə malikdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
66
27
milli.az

10Sources