EN

Təzə xardal dadında pivə çıxdı - FOTO

Texas ştatında keçirilən pivə yarmarkasında «Martin House Brewing” şirkəti yeni dadda pivə təqdim edib.

Bakupost.az xəbər verir ki, qeyri-adi dadda pivə bu içkini sevənlərin dad reseptorlarında əsl həzz partlayışı yaradıb.
Köpüklü pivədə xardal dadı çox insanların ağız dadına uyğun olmasa da, intriqa yaradıb.

Qeyri-ənənəvi pivə istehsalı bu şirkətin siyasətidir.

Əvvəllər onlar spagetti, hot-doq, sirop dadında da pivə buraxmışdılar. Şirkət hesab edir ki, arada kütləvi fikri və standartları pozmaq lazımdır.




Aygün Musayeva
BakuPost
Chosen
8
bakupost.az

1Sources