EN

“İqlim dəyişikliyi” mövzusuna həsr olunmuş elektron məlumat bazasının təqdimatı keçirilib

Bakı, 4 oktyabr, AZƏRTAC

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 4-də Azərbaycan Milli Kitabxanasının “İqlim dəyişikliyi” mövzusuna həsr etdiyi “Yaşıl dünya naminə həmrəylik” adlı elektron məlumat bazasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov beynəlxalq kitab sərgisində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş 3-cü tədbirlərini keçiritdiklərini diqqətə çatdırıb.

Elektron məlumat bazasının ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin mənfi təsirlərinin azadılması, biomüxtəlifliyin qorunması, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təhsilin artırılması və bu mövzuya dair digər materialları əhatə etdiyini söyləyib K.Tahirov Azərbaycan, rus və ingilis dillərində hazırlanan bu materialların ölkəmizdə, eləcə də bütün dünyada yayımlanacağını bildirib.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçiriləcəyi ərəfədə Milli Kitabxananın bu mövzuya həsr olunmuş elektron məlumat bazasının oxucuların köməyinə çatacağını, yaşıl dünya naminə həmrəyliyin daha dərindən dərk edilməsi, eləcə də elmi ədəbiyyatlarda, elmi işlərdə istifadəsinin daha məqbul olacağını qeyd edib.

Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Beynalxalq ekoloji konvensiyalar”, “Azərbaycan Respublikasında ekoloji siyasət”, “İşğaldan azad edilmiş ərazilərdə ekosistem”, “İDEA ictimai birliyi”, “Yaşıl marafon”, “Ekoloji təqvim”, “Ekosistemin qorunması” “Nəşrlər” və bir sıra materiallar tam mətnləri ilə yer alıb.

Məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Yasil_Dunya/index.html linkindən istifadə edə bilərlər.

Chosen
10
azertag.az

1Sources