Avropa Liqasının “Portu” ilə səfər oyunu “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq üçün müstəsna nəticə ilə əlamətdar olub.
Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” Avroliqanın Liqa mərhələsinin 2-ci turu çərçivəsində “Draqau”da baş tutan bu oyunda “əjdahalar”la 3:3 hesablı heç-heçəyə razılaşıblar.
Bu nəticə Erik ten Haq və onun “Mançester Yunayted”i üçün avrokuboklar çərçivəsində qələbə həsrətini uzadıb. Arıtq, ardıcıl 6 oyundur ki, Ten Haqın “Mançester Ynuayted”i avrokuboklarda qələbə qazana bilmir. Uğursuz silsilə ötən mövsümün Çempionlar Liqasından bəri davam edir. “Qırmızı şeytanlar” ötən mövsüm Çempionlar Liqasında “Bayern” (3:4), “Kopenhagen” (3:4) və “Qalatasaray”a (2:3) məğlub olub, həmçinin “Qalatasaray”la heç-heçə ediblər (3:3). Cari mövsümün Avropa Liqasına isə “qırmızı şeytanlar” “Sevilya” ilə heç-heçə (2:2) ilə başlayıblar.
Avropa Liqasının ümumi mərhələsinin 2-ci turundan sonra “Mançester Yunayted” 2 xalla yarış cədvəlinin 22-ci pilləsində qərarlaşıb. “Portu” isə 1 xalla 26-cı pillədədir.
3-cü tur çərçivəsində, oktyabrın 24-də “Mançester Yunayted”i daha bir sınaq gözləyir. “Qırmızı şeytanlar” İstanbulda portuqal mütəxəssis Joze Mourinyonun çalışdırdığı “Fənərbaxça” ilə qarşılaşacaqlar.