EN

Avropadan Çinin elektrikli avtomobilərinə ağır vergi

Avropa Birliyi (AB), Çin istehsalı elektrikli avtomobillərə 35%-ə qədər vergi tətbiqini təsdiqləyib.

Valyuta.Az Avropa Komissiyasının açıqlamasına istinadən bildirir ki, Çin istehsalı olan elektrikli avtomobillərə 35%-ə qədər yüksək gömrük vergisinin tətbiqi ilə bağlı təklif üzv ölkələrdən lazımi dəstəyi alıb.

Bu qərarın lehinə 0 ölkə tərəfindən səs verilib, beş ölkə əleyhinə çıxıb və 12 ölkə bitərəf qalıb.

Bununla yanaşı, Komissiya, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qaydalarına uyğun olaraq effektiv bir həll yolu tapmaq üçün Çinlə müzakirələrin davam edəcəyini bildirib.

Qeyd edək ki, Çin avtomobillərinin dünya bazarında getdikcə daha çox özünə yer etməsi, Avropanın nəhəng avtomobil marakalarına ciddi problemlər yaratmağa başlayıb.

Aydın

Chosen
47
1
valyuta.az

2Sources