EN

8 saatda 6 fərqli əməliyyat keçirən xəstə öldü - Həkim yoxa çıxdı

8 saat ərzində 6 fərqli plastik əməliyyat keçirən 24 yaşlı qadın həyatını itirib. 

Yenisabah.az xəbər verir ki, hadisə Braziliyanın Seara əyalətinin Sobral bölgəsində baş verib. Hazırda bütün ölkə gənc qadının başına gələn bu hadisədən danışır. 

Əməliyyatın birinci hissəsində braziliyalı qadına döş kiçiltmə və qarın, qol, kürək və çənə nahiyələrindəki piylərin çıxarılması əməliyyatı aparılıb.  vakansiya

Daha sonra həkim liposaksiya ilə çıxardığı piyi yenidən braziliyalı qadının ombasına yerləşdirib. Montenin səhhəti əməliyyatdan düz 15 saat sonra pisləşib. 

24 yaşlı qadın qarın boşluğunda ürək çatışmazlığına səbəb olan infeksiya nəticəsində 22 gün reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib.

Vivianenin əri Renan Santiaqo verdiyi açıqlamada "Əməliyyat səbəbiylə çoxlu iltihab və infeksiya var idi. 22 gün ərzində heç bir xoş xəbər almadan əziyyət çəkdik" - deyə qeyd edib.

Kişi 42 min funt-sterlinq nağd ödəniş etdikləri cərrahın arvadının halı pisləşəndə yoxa çıxdığını bildirib. 

Cərrah yerli medianın suallarını cavablandırmaqdan imtina edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Aytac Şahin 


Telegram kanalımız
Chosen
89
1
yenisabah.az

2Sources