EN

Azərbaycanda ekosidə görə cinayət məsuliyyətinin tətbiq edilməsi təklif edilir

Bakı. Trend:

Azərbaycanda ekosidə görə cinayət məsuliyyəti təklif edilir.

Trend xəbərverir ki, bu barədə məsələ oktyabrın 4-də Milli Məclisin Hüquqsiyasəti və dövlət quruculuğu komitəsinin genişləndirilmiş iclasımüzakirə edilib.

İclasda komitə üzvü Nizami Səfərov - “Azərbaycan RespublikasınınCinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsibarədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericiliktəşəbbüsü qaydasında təqdim edilmiş layihədə "Ekosid" anlayışınınəlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsindəməsuliyyətə cəlb olunması təklif edilir.

Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görədüzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlımühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təminetmək məqsədi daşıyır.

Chosen
6
2
az.trend.az

1Sources