EN

Azərbaycanda tanınmış alim vəfat etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fizika üzrə fəlsəfə doktoru, Patent işi və elmi-texniki ədəbiyyat fondu şöbəsinin müdiri Həsən Əsgərov vəfat edib.
Oxu.Az xəbər verir ki, alim 3 oktyabr 2024-cü il tarixində, 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, tanınmış alim Həsən Məmməd oğlu Əsgərov 1949-cu il dekabrın 9-da Bakı şəhərində dünyaya gəlib.
O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Kimya Texnologiyası fakültəsini bitirib. 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətə başlayıb. Onun iştirakı və rəhbərliyi altında institutda qısa bir müddətdə patent xidməti yaradılıb.
Həsən Əsgərov öz elmi fəaliyyəti ilə Azərbaycan elminin inkişafına mühüm töhfələr verib.
Onun elmi araşdırmaları və əsərləri, təkcə Azərbaycan elmi ictimaiyyəti arasında deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. H.M.Əsgərovun patent işi sahəsindəki tədqiqatları və innovativ yanaşmaları Azərbaycanın elmi və texniki irsinin zənginləşməsinə, həmçinin bu sahədə ölkənin beynəlxalq mövqeyinin güclənməsinə böyük təsir göstərib.
Alimin uzun illər ərzində elmi fəaliyyətindəki uğurları və yetişdirdiyi gənc alimlər yeni nəsillərin inkişafına əvəzsiz dəstək olublar. Onun elmi rəhbərliyi və fədakarlığı ilə yetişən alimlər bu gün də Azərbaycan elmini yeni zirvələrə yüksəltməkdə davam edirlər.
Həsən Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 18 oktyabr tarixli 1775 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Chosen
16
38
oxu.az

10Sources