EN

Türkiyənin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsində olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunçun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 4-də Azərbaycan Respublikasının Ali Məhkəməsini ziyarət edib.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, qarşılıqlı səfərlər və ikitərəfli görüşlərin keçirilməsi iki qardaş ölkə arasında möhkəm təməl üzərində qurulan, inkişaf edən əlaqələrə böyük töhfə verir. Məhkəmə sistemində qarşılıqlı təcrübə mübadiləsi, birgə təlimlərin təşkili və digər sahələr üzrə Türkiyə Respublikası Ali Məhkəməsinin əsas tərəfdaş olduğu vurğulanıb.

Qonaqlara Ali Məhkəmənin fəaliyyəti, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində, xüsusilə məhkəmələrin rəqəmsallaşması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Türkiyə nümayəndə heyətinin rəhbəri Yılmaz Tunç “Bir millət, iki dövlət” prinsipinə əsaslan ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

 

Chosen
34
5
xalqqazeti.az

6Sources