EN

TDT-nin Baş Prokurorlar Şurası hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platformadır - Baş prokuror (FOTO)

Bakı. Trend:

Oktyabrın 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzarsəfərdə olan Türkiyə Respublikasının Ədliyyə naziri Yılmaz Tunçlagörüşüb

Trend xəbər verir ki, görüşzamanı iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinininkişafının Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanınbirgə səyləri sayəsində ən yüksək müttəfiqlik səviyyəsinəyüksəldiyi qeyd olunub.

Kamran Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakıproseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvidəstəyinə görə təşəkkürünü ifadə edib.

Baş prokuror 2021-ci ildə Bakıda təsis olunmuş TDT-nin BaşProkurorlar Şurasının hüquqi əməkdaşlığımızın genişləndirilməsiüçün səmərəli platforma olduğunu vurğulayıb.

2023-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyiərəfəsində Ankara şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzvdövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirakınıxatırladan Baş prokuror, həmin tədbirin üzv dövlətlərdəqanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq vəazadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütünformalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə vəqarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühümtöhfə verdiyini diqqətə çatdırıb.

Həmçinin, Baş prokuror ölkəmizdə həyata keçirilən hüquqislahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətininmüasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədəməlumat verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətininrəhbəri Yılmaz Tunç ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyəorqanları arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsini vəsəmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsiaparılaraq, iki ölkə arasında dostluq və tərəfdaşlıqmünasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinəəminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilətanış olub.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriCahit Bağcı da iştirak edib.

TDT-nin
TDT-nin
TDT-nin
TDT-nin
TDT-nin
TDT-nin
TDT-nin
Chosen
113
22
az.trend.az

10Sources