EN

ABŞ və Britaniya bu ölkəyə hücum etdi

ABŞ və Böyük Britaniya hərbçiləri Yəmənin iki şəhərinə zərbələr endirib.

Oxu24.com xəbər verir  ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, hücumların hədəfi Səna və Hudeyda yaşayış məntəqələri olub. Onlar hazırda Ənsar Allah (Husi) hərəkatının nəzarəti altındadır.

“ABŞ-Britaniya aviazərbələri Yəmənin bir neçə bölgəsinə, o cümlədən paytaxtı Səna və Hudeyda hava limanına endirilib”, - materialda deyilir.

Sentyabrın 29-da Əl-Cəzirə telekanalı Yəmənin Hodeyda şəhərindəki dəniz limanının İsrail Hərbi Hava Qüvvələrinin hücumuna məruz qaldığını bildirib. Nəticədə limandakı neft çənlərindən biri yanıb, digər təfərrüatlar açıqlanmayıb.

Həmin gün İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti ölkə ordusunun Yəmən ərazisinə zərbələr endirdiyini təsdiqləyib. Hədəf təkcə dəniz limanı deyil, həm də bir neçə elektrik yarımstansiyası idi.

Yəhudi dövlətinin məlumatına görə, husilər İranın silah və digər hərbi texnikasını bölgəyə çatdırmaq üçün Hudeydə şəhərindəki limandan istifadə edirlər.

Bundan əvvəl husilər yeni Fələstin-2 raketindən istifadə edərək Təl-Əviv şəhərinə hücum etmişdilər.

 

Miri

 

Chosen
4
7
oxu24.com

10Sources