"Aygün əvəzsiz bir sənətkar idi. Böyük bir itki oldu. Aygünün bildiyini mənəm-mənəm deyən musiqiçi və musiqi cəhətdən professor adını qazananlar belə bilmirdi. O, Azərbaycan musiqisinin arxivi idi".
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Günə bax" verilişində mərhum Əməkdar artist Aygün Bəylər haqda danışarkən deyib.
O, həmkarının vəfatından sonra günlərlə özünə gələ bilmədiyini bildirib:
"Onun səhhətində olan problemi bilirdim. Aygünü o cür görməmək üçün demədim ki, gəl birgə iş görək. Biz çox yaxın idik. Gedişi ilə bizi də öldürdü. Günlərlə özümə gələ bilmədim. Düşündükcə o qədər pis təsir edirdi ki, nəfəsim belə kəsilirdi. Allah rəhmət eləsin. Hamımız bu dünyadan gedəndə iki şey aparacağıq, lənət və rəhmət. Çalışdığımız qədər lənətdənsə, rəhməti aparaq".
Bizim.Media