EN

Netanyahudan Makronun təklifinəSƏRT REAKSİYA

İsrail sizinlə və ya sizsiz qalib gələcək.


Senzor.az bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun İsraillə bağlı sözlərinə cavab olaraq deyib.


"İsrailin qələbəsindən sonra rüsvayçılığınız hiss olunacaq”, - Baş nazir bildirib.


Netanyahu qeyd edib ki, bütün sivil dövlətlər İsrailin yanında möhkəm dayanmalıdır: "Prezident Makron və bəzi digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Ayıb olsun!”


Qeyd edək ki, Makron İsrailə silah tədarükünün dayandırılması ilə bağlı çağırış etmişdi. Onun fikrincə, İsrail hərbçilərinin Qəzza zolağında döyüş əməliyyatları aparmaq üçün istifadə edilən silah-sursatla təmin olunmasının dayandırılması regionda yaranmış vəziyyətin həllinə kömək edəcək: “Hesab edirəm ki, bu gün məqsəd münaqişənin siyasi həllinə qayıtmaq və Qəzzada döyüşlər üçün silah tədarükünü dayandırmaqdır”.


Eyni zamanda, Makron Fransanın İsrailə silah vermədiyini də xatırlatmışdı.


Chosen
89
4
senzor.az

4Sources