EN

Qazaxıstanda atom elektrik stansiyasının tikintisi üzrə referendumda səsvermə başlayıb

Astana. Trend:

Oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının (AES)tikintisi ilə bağlı ümumxalq səsverməsi başlayıb.

Trend-inməlumatına görə, seçki məntəqələri Bakı vaxtı ilə saat 06:00-danaxşam saat 19:00-dək açıq olacaq. Səsvermənin nəticələri 7 günərzində açıqlanacaq.

Ümumilikdə 10 327 məntəqə açılacaq, bunlardan 72-siQazaxıstandan kənardadır.

Son məlumatlara görə, 12 244 683 Qazaxıstan vətəndaşı səsverməhüququna malikdir.

Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Qazaxıstan prezidentiKasım-Jomart Tokayev referendumun tarixini oktyabrın 6-na təyinedib və onun keçirilməsi ilə bağlı fərman imzalayıb.

2023-cü ildə Qazaxıstanın Energetika Nazirliyi ölkədə atomelektrik stansiyalarının tikintisi üçün əsas iddiaçıların arasındadörd şirkətin olduğunu bildirib: Çinin CNNC korporasiyası, CənubiKoreyanın KHNP, Fransanın EDF və Rusiyanın Rosatom şirkətləri.

Beynəlxalq təşkilatlar, xüsusilə də əlavə nəzarəti həyatakeçirəcək Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) layihəyəcəlb olunacaq.

Məqalədə:
Chosen
178
2
az.trend.az

10Sources