EN

Coşqun əvəzləndi, "Bandırmaspor" məğlubiyyətdən qaçdı

Azərbaycan millisinin yarımmüdafiəşisi Coşqun Diniyev formasını geyindiyi "Bandırmaspor" Türkiyə birinci liqasında 8-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda "Ümraniyespor"un qonağı olub.

Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Coşqun Diniyev bu oyuna start heyətdə çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

"Bansırmaspor" turnir cədvəlində 12 xalla8-ci yerdədir.

"Ümraniyespor" - "Bandırmaspor" 1:1

Qollar: Ekinsiyer, 62 (1:0), Payxao, 90+3 (1:1)

Chosen
22
sportinfo.az

1Sources