EN

"İrana sərt cavab veriləcək, Makron isə rüsvay olacaq"-Netanyahu

"Bütün dünya gördü ki, İsrail dəmir damarları, güclü, cəsur və yüksək mənəviyyatlı ordusu olan güclü ölkədir..."
 
İrana cavab vermək bizim hüququmuzdur, İsrail tam qələbəyədək döyüşəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun xalqa müraciətində deyilir. Məlumatı "dw.com" nəşri yayıb.
 
Baş nazir xatırladıb ki, HƏMAS tərəfindən kibutsalarda törədilən qərliamdan sonra ilk aylar əsas müharibə bir cəbhədə-Qəzza bölgəsində islamçıların hərbi resurslarını məv etmək və onları yəhudi dövlətini təhdid etmək inkanından məhrum etmək məqsədilə aparılıb. 
 
Bütün bu müddət ərzində şimal sakinləri ya təxliyə edilib, ya da daimi raket və minaatanların atəşləri altında yaşayıb. Ordunun bu atəşlərə cavab verməsinə rəğmən, bu, şimal regionu üzərindən asılan daimi təhlükənin aradan qaldırılması üçün kifayət etməyib.
 
"Bir ay öncə biz Qəzzada HƏMAS taborlarının darmadağın edilməsini başa çatdıranda, mənim şimal sakinlərinə verdiyim vədin icrasına başlanılıb", - baş nazir deyib.
 
"Biz Nəsrullahı və "Hizbullah"ın bütün zümrəsini aradan götürdük, biz ərəblərin Qalileyə hərbi müdaxiləsini və ötən ilin oktyabr ayında olduğundan daha dəhşətli qətliamı planlaşdıran "Raduan" xüsusi təyinatlılarının bütün komandanlığını məhv etdik", - o, deyib.
 
"Hizbullah"ın raket ehtiyatının əhəmiyyətli hissəsi məhv edilib, hazırda bizim şimal sərhəddimizdə Livan islamçılarının qazdığı yeraltı gedişlərin şəbəkəsi dağıdılır. Təhlükə hələlik sovuşmasa da, biz qüvvələr nisbətini, müharibənin gedişini dəyişmişik və bu, hələ başlanğıcdır", - Netanyahu məlumat verib.
 
"Nəsrullahın bizə güldüyünü xatırlayırsınıznı? O, bizi "kövrək hörümçək toru" adlandırıb. Amma o da, bütün dünya da gördü ki, İsrail dəmir damarları, güclü, cəsur və yüksək mənəviyyatlı ordusu olan güclü ölkədir", - baş nazir izah edib.
 
"Dünya gördü ki, İsrail onu təhdid edən hər şeyi aradan qaldırmaq üçün möhkəm iradəsi olan dövlətdir. Bu, Qəzzadan, Livandan, Yəməndən, Suriyadan, İraqdan və təbii ki, İranın özündən bizə edilən hücumların arxasında dayanan İran tərəfindən təhlükəyə də aiddir", - o, deyib.
 
"İran artıq iki dəfə ölkəmizə yüzlərlə raket buraxıb. İran bəşər tarixində ilk dəfə olaraq ən böyük ballistik raket hücumu həyata keçirib. Dünyanın heç bir ölkəsi bu zərbəyə dözməz. İsrail də dözməyəcək. İsrailin belə zərbələrə cavab vermək hüququ var və buna, sadəcə, borcludur və belə də olacaq", - o, vəd edib.
 
Baş nazir deyib ki, Qəzzadakı girovları bir dəqiqə belə unutmur, hazırda onların azad edilməsi üçün bütün mümkün olanları edir.
 
Netanyahu həmçinin Fransa prezidenti Emmanuel Makrona ayrıca müraciət edib. Məlum olduğu kimi, Makron bəyan edib ki, onun ölkəsi İsrailə silah tədarük etmir və digər ölkələrə də belə tədarükə embarqo qoyulmasına çağırış edib.
 
 "İsrailin İranın başçılıq etdiyi barbar qüvvələrlə döyüşdüyü zaman bütün sivil ölkələr bizim tərəfimizdə olmalıdır. Lakin prezident Makron və bəzi Qərb siyasətçiləri İsrailə müdafiə məhsullarının tədarükünü dayandırmağa çağırış edir.
 
Utanın! Bəyəm İran "Hizbullah"a, husilərə, HƏMAS-a, özünün digər əlaltılarına silah tədarükünə embarqo qoyur? Bu terror oxu birlikdə ayaqda dayanıb. Bu oxa müqavimət göstərən ölkələr isə İsrailə silah tədarükünün qadağan edilməsinə çağırır. Bu ki, rüsvayçılıqdır!", - baş nazir hiddətini ifadə edib.
 
"Mən belə deyirəm: dəstək olsa da, olmasa da, İsrail qalib gələcək! Amma onların rüsvayçılığı biz qalib gələndən sonra da hələ uzun illər silinməyəcək. Çünki barbarlıqdan müdafiə olunaraq, İsrail həm də bütün bəşəriyyəti hamımıza fanatizmin qaranlıq əsrini yaşatmaq istəyənlərdən müdafiə edir. Əmin olun ki, İsrail qələbəyədək döyüşəcək", - baş nazir Makrona səslənib.
Chosen
98
50
moderator.az

10Sources