Bakı. Trend:
Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətiməlumat yayıb.
Millinin futbolçusu Elvin Camalov klubu “Sabah”ın heyətindəzədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan”ınyarımmüdafiəçisi Vadim Abdullayev yığmaya dəvət alıb.
Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsiçərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.