EN

“Qarabağ”ın rəqibindən növbəti qələbə

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Ayaks” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Amsterdam təmsilçisi səfərdə “Qroningen”lə qarşılaşıb. Matç “Ayaks”ın qələbəsi ilə başa çatıb – 3:1.

Qolları Davi Klassen və Vut Veqorst (2) vurub.

“Ayaks” çempionatda 6 turdan sonra 13 xalla 5-ci sıradadır.

“Qarabağ” oktyabrın 24-də Bakıda “Ayaks”ı qəbul edəcək.

Chosen
54
futbolpress.az

1Sources