Azərbaycan Premyer Liqasında mövsümün azarkeş rekordu qeydə alınıb.
"Operativ Media"nın məlumatına görə, bu, 9-cu tura təsadüf edib. Belə ki, turun 5 matçını ümumilikdə 12 400 nəfər tribunalardan izləyib. Bununla da 7-ci turun (10 200) rekordu geridə qalıb.
Rekordun qırılması Tovuz və Sumqayıt azarkeşlərinin sayəsində reallaşıb. Belə ki, turun ilk 3 oyununu ümumilikdə cəmi 1400 azarkeş izləyib. Lakin dünən “Turan Tovuz” – “Zirə” görüşünə 4000, “Sumqayıt” – “Qarabağ” matçına isə 7000 fanat toplaşıb