EN

Nəhəng neft bazasını PUA ilə partlatdılar

Müvəqqəti işğal altında olan Krımın Feodosiya adlanan ərazisində, Krımda, PUA (Pilotsuz uçuş aparatı) ilə hücumlardan sonra neft bazası alovlanıb. Rusiya Telegram kanallarının yaydığı məlumata görə, yanğından əvvəl sakinlər partlayış səsləri eşidiblər. Yerli "hakimiyyət orqanları" sonradan yanğın hadisəsini təsdiqləyiblər.

"Feodosiya neft bazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi əməkdaşları ərazidə işləyirlər. Ölən və yaralanan yoxdur. Feodosiyaya "Baş nazirin müavini" İqor Mixayliçenko yola düşüb," - deyə Krımın "başçısı"nın müşaviri Kryuçkov yazıb.

Astra Telegram kanalının məlumatına görə, alovlanan neft bazası - "Dəniz Neft Terminalı" ASC-yə məxsusdur. Bu terminal Krımda neft məhsullarının daşınması həcminə görə ən böyüyüdür. Yarımadada iki belə terminal mövcuddur. İkinci terminal Sevastopolda yerləşir. Qeyd edək ki, terminal əvvəllər də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalmışdı. Bu, 2024-cü ilin mart ayında baş verib. O zaman 4 PUA "Dəniz Neft Terminalı" ASC-nin ərazisinə düşmüşdü. Eyni neft bazası keçən ilin dekabr və noyabr aylarında da hücuma məruz qalmışdı.


Tural

Chosen
14
news365.az

1Sources